BMU-nun müəllimi “Səhər çağı” verilişinin qonağı olub

23 Dekabr 2020
BMU-nun müəllimi “Səhər çağı” verilişinin qonağı olub

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və dizayn kafedrasının müəllimi, tanınmış rəssam Tünzalə Məmmədzadə və universitetin Dizayn ixtisasının II kurs tələbəsi Nərmin Kərimli “Mədəniyyət TV”-nin efirində yayımlanan “Səhər çağı” verilişinin qonağı olublar.

Verilişdə T.Məmmədzadənin rəhbərliyi ilə universitetin Dizayn ixtisasının tələbələri tərəfindən hazırlanan Qarabağda park layihələri haqqında söhbət açılıb. Belə ki, tələbələr işğaldan azad olunmuş torpaqlarımızda istədikləri regionu seçərək həmin əraziyə uyğun park layihəsi təqdim ediblər.

T.Məmmədzadə bildirib ki, tələbələr çox böyük sevgi ilə, milli ruh altında layihələrini uğurla tamamlayıblar.

N.Kərimli Laçın şəhərində yerləşən Minkəndi öz layihəsində təsvir edib və bu haqda ətraflı məlumat verib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər