Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin müxtəlif ixtisaslarından məzun olan bir qrup tələbəsi də təhsilini dünyanın tanınmış və nüfuzlu universitetlərində davam etdirəcək.
Belə ki, BMU-nun 2023-cü tədris ilinin məzunları Telman Hacıyev, Ceyhun Bayramov, Hüseyn Nəsirov, Təvəkkül Fərəcov, Süleyman Süleymanov, Amin Nəməkfruş, Əli Kərimli, Fidan Həkimova, Usamin Haciyev, Emin Əliyev, Kənan İsmayıllı, Orxan Həsənzadə, İsmayıl İsgəndərli və Şəms Məhərrəmli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı seçiliblər.
T.Hacıyev magistratura səviyyəsi üzrə üzrə Ankara Siyasi Elmlər Universitetində (ixtisas Mülkiyyə), C.Bayramov Almaniyanın Bonn Universitetində (ixtisas İqtisadiyyat), H.Nəsirov Qazaxıstanın Əhməd Yəsəvi Universitetində (ixtisas Biznes), T.Fərəcov (ixtisas Maliyyə və mühasibat) və U.Haciyev (ixtisas İdarəetmə) isə Polşanın İqtisadiyyat və Humanitar Elmlər Universitetində davam etdirəcək.
Bundan əlavə, S.Süleymanov Litvanın Vytautas Magnus Universitetində (ixtisas Marketinq və beynəlxalq ticarət), A.Nəməkfruş Londonun Birkbeck Universitetində (ixtisas Biznes analitikası), Ə.Kərimli Polşanın Vistula Universitetində (ixtisas Maliyyə və mühasibat uçotu), F.Həkimova İtaliyanın Sapienza Universitetində (ixtisas Biznesin idarə edilməsi) təhsil almaq imkanı qazanıblar. Eyni zamanda, E.Əliyev (ixtisas Beynəlxalq biznes) və K.İsmayıllı (ixtisas Beynəlxalq biznes) Polşanın Biznes Universitetində, O.Həsənzadə Polşanın Vistula Universitetində (ixtisas Maliyyə və mühasibat uçotu), İ.İsgəndərli Almaniyanın Kiel Universitetində (ixtisas Rəqəmsal iqtisadiyyat), Ş.Məhərrəmli isə Almaniyanın Tübingen Universitetində (ixtisas İqtisadiyyat) magistratura səviyyəsi üzrə təhsillərini davam etdirəcəklər.
Bundan öncə xəbər verdiyimiz kimu, BMU-nun Mühəndislik, Memarlıq və inşaat, Pedaqoji fakültələrinin bir qrup tələbəsi də magistratura səviyyəsi üzrə Dövlət Proqramının iştirakçısı seçilib. Onlar təhsillərini Böyük Britaniyanın Nyukasl, Edinburq, Leeds kimi nüfuzlu ali təhsil ocaqlarında, həmçinin Finlandiyanın Helsinki Universitetində, Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində, Çex Texniki Universitetində, Nyu-York Universitetinində davam etdirəcəklər.
İctimaiyyətlə əlaqələr şöbəsi