BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşlarının məqaləsi Kanadada dərc olunub

24 İyun 2020
BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşlarının məqaləsi Kanadada dərc olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Dünya iqtisadiyyatı kafedrasının müdiri, i.ü.f.d., dosent Şəhriyar Muxtarov, həmin kafedranın müəllimi Cavid Əliyev, Biznesin idarəedilməsi kafedrasının dosenti, i.ü.f.d. Murad İsgəndərov və İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, i.ü.f.d. Xanlar Heydərovun müəllifləri olduqları məqalə Kanadanın “Research in World Economy” jurnalında (3-cü say, 11-ci buraxılış, 2020-ci il) nəşr edilib.

“Does Monetary Policy Boost Economic Growth? The Case of Small Open Economy” adlı məqaləAzərbaycan iqtisadiyyatı nümunəsində pul siyasəti alətlərinin iqtisadi artım üzərində təsirləri VECM metodu vasitəsi ilə təhlil edilib. Tədqiqatçılar, həmçinin müxtəlif kointeqrasiya metodları vasitəsilə istifadə edilən dəyişənlər arasındakı uzun müddətli kointeqrasiya əlaqəsini test ediblər.

Məqalənin nəticələrinə görə, pul bazası və valyuta məzənnəsi iqtisadi artım üzərində statistik olaraq əhəmiyyətli və müsbət təsirə malikdir. Bundan başqa, uçot dərəcəsinin təsirinin statistik cəhətdən əhəmiyyətsiz və mənfi (iqtisadi cəhətdən əhəmiyyətli) olduğu ortaya çıxıb. Tədqiqat nəticələri əsasında pul siyasəti alətlərinin effektivliyinin artırılması istiqamətində bir sıra  təkliflər irəli sürülüb.

Məqalənin tam mətnini http://www.sciedupress.com/journal/index.php/rwe/article/view/18111 linki vasitəsilə oxumaq olar.

Qeyd edək ki, sözügedən jurnal “Scopus” məlumat bazasında indekslənir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər