Bakı Mühəndislik Universitetinin (BMU) Magistratura və doktorantura şöbəsinin göndərişi ilə Ümumi fənlər kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Rabil Mehtiyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəlsəfə fənnindən mərkəzləşdirilmiş qəbul imtahanında komissiya üzvü kimi iştirak edib. Onun sözlərinə görə, imtahana ümumilikdə 135 nəfər qatılıb. BMU-nu seçən doktorantların hamısı imtahandan müvəffəq qiymət alıb.
Qeyd edək ki, fəlsəfə fənnindən mərkəzləşdirilmiş qəbul imtahanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişikliklər edilməsi barədə 443 nömrəli qərarına uyğun olaraq keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi