BMU növbəti teledərsləri təqdim edib

02 Noyabr 2020
BMU növbəti teledərsləri təqdim edib

Bakı Mühəndislik Universitetində (BMU) ingilis dilində yayımlanan “Teledərs” layihəsi davam edir. Universitetin saytında yaradılan “Teledərs” bölməsinə yeni dərslər əlavə olunub. Bu dərslərə Maliyyə və Biznesin idarəedilməsi ixtisasları üzrə 2 nəzəri, Kimya müəllimliyi ixtisası üzrə 1 laboratoriya dərsi daxildir.

Qısa müddətdə, ümumilikdə 18 teledərs hazırlanıb və həmin dərsləri BMU-nun saytının qeyd edilən bölməsinə daxil olmaqla izləmək mümkündür. Teledərslər hazırlanan zaman daha çox onlayn keçirilməsi çətinlik törədən xüsusi ixtisaslara, laboratoriya şəraitində öyrədilməsi zəruri olan fənnlərə üstünlük verilib. Mövcud pandemiya şəraitində tələbələr praktik-təcrübi laboratoriya işlərini istənilən zaman və daha rahat izləməklə yanaşı, dil bacarıqlarını təkmilləşdirmək imkanı da əldə edirlər.

Teledərslərin digər üstün cəhəti isə odur ki, bu dərslərdən təkcə BMU-da ingilis dilində tədris alan tələbələr deyil, həmçinin eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələri də yararlana bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər