Bakı Mühəndislik Universitetinin (BMU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov, Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev, Kompüter və informasiya texnologiyaları kafedrasının müdiri, dosent Babək Abbasov İngiltərənin Derbi Universitetinin əməkdaşları ilə təşkil olunan onlayn iclasda iştirak ediblər.
İclasda iki universitet arasında beynəlxalq əlaqələrin inkişaf etdirilməsi imkanları, ikili diplom və tədqiqat proqramlarının hazırlanması məsələləri müzakirə olunub. Müzakirələrin sonunda hər iki universitetin rektoruna təkliflərin hazırlanması və may ayının sonuna kimi əlavə onlayn iclasın təşkilinə qərar verilib.
Qeyd edək ki, İngiltərənin Derbi Universiteti BMU-nun da iştirak etdiyi və Avropa İttifaqının maliyyələşdirdiyi “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramlarının hazırlanması (MAGnUS)” adlı Erasmus+ KA2 layihəsinin (https://magnus2020.org) konsorsiumuna Avropa İttifaqı ölkələrindən daxil olan tərəfdaşlardan biridir.
İctimaiyyətlə əlaqələr şöbəsi