Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin tədris işləri üzrə dekan müavini, dosent Seyran Qayıbov, Tədrisin keyfiyyətinə nəzarət və qiymətləndirmə şöbəsinin müdiri, dosent Ramis Məmmədov və Kimya mühəndisliyi kafedrasının baş müəllimi Cavanşir Salmanov Təhsil Nazirliyinin Avropa Komissiyası ilə birgə təşkil etdiyi “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq lahiyəsi çərçivəsində keçirilən təlimdə iştirak ediblər.
“Ali təhsildə tələbə əsaslı yanaşma: təlim nəticələri, tədris, təlim və qiymətləndirmə metodları” adlanan təlim tələbəyönümlü təlim və tədrisin üsulları, tədris və təlim fəaliyyətinin əlaqələndirilməsi, təhsilalanların əldə etdikləri nəticələrin qiymətləndirilməsi mövzularını əhatə edib.
Təlimdə BMU əməkdaşları qruplar şəklində layihələr hazırlayıb təqdim ediblər. Sonda onlara sertifikatlar təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi