BMU əməkdaşları Rumıniyanın Oradea Universitetində səfərdə olublar

20 İyul 2023
BMU əməkdaşları Rumıniyanın Oradea Universitetində səfərdə olublar

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Erasmus+ mübadilə proqramı çərçivəsində 12-19 iyul 2023-cü il tarixlərində Rumıniyanın Oradea Universitetində təlim xarakterli səfərdə olublar.

BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov, Maliyyə və mühasibat kafedrasının müdiri, dosent Firudin Sultanov, Dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdiri, dosent Samir Quliyev, Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Gülçöhrə İbrahimovanın iştirak etdiyi səfərdə iki ali təhsil ocağı arasında əməkdaşlıq  istiqamətləri nəzərdən keçirilib. Həmçinin, növbəti illərdə də tələbə və müəllimlərin bu proqramdan yararlanması üçün addımların atılması, Oradea Universitetinin Araşdırma mərkəzi ilə birlikdə Erasmus+ layihələrində tərəfdaşlıq imkanları, hər iki universitet əməkdaşlarının ortaq məqalələrinin yazılması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfər zamanı BMU əməkdaşları Oradea Universitetinin Karyera planlama departamentinin təcrübəsi ilə də tanış olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Qalareya şəkilini seçin

Digər xəbərlər