BMU dosentinin cari ayda sayca 3-cü elmi məqaləsi dərc olunub

24 Dekabr 2020
BMU dosentinin cari ayda sayca 3-cü elmi məqaləsi dərc olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Dünya iqtisadiyyatı kafedrasının müdiri, i.ü.f.d., dosent Şəhriyar Muxtarovun həmmüəllifi olduğu məqalə İsveçrənin “Energies” jurnalında işıq üzü görüb. Sözügedən jurnal “Web of Science” (impakt faktoru: 2.7) və “Scopus” (impakt faktoru: 3.8) kimi nüfuzlu məlumat bazalarında indekslənir.

“Gasoline Demand Elasticities at the Backdrop of Lower Oil Prices: Fuel-Subsidizing Country Case” adlı məqalədə Azərbaycan iqtisadiyyatı nümunəsində benzin tələbinin qiymət və gəlir elastikliyi 2002-2018-ci illərə aid statistik məlumatlardan istifadə edilərək TVC (Zamana görə dəyişən əmsallar yanaşması) və STSM (Struktural zaman seriyalarının modelləşdirilməsi) metodları vasitəsi ilə təhlil edilib. Tədqiqatın nəticələri əsasında bir sıra yeni təkliflər irəli sürülüb.

Məqalənin tam mətni ilə https://www.mdpi.com/1996-1073/13/24/6752 linki vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, nəşr olunan məqalə Ş.Muxtarovun dekabr ayı ərzində sayca 3-cü elmi məqaləsidir.  Bu məqalələrin 2-si “Web of Science”, 1-i isə “Scopus” indeksli jurnallarda dərc olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər