Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı, universitetin Tələbə Gənclər Təşkilatının (TGT) dəstəyi ilə xaricdə təhsillə bağlı maarifləndirici tədbir keçiirlib.
Tədbirdə Pedaqogika üzrə fəlsəfə doktoru, Britaniya konsulluğunun təlimçisi, SABAH Qruplarının müəllimi Aydın Əliyev, ABŞ-nin Cənubi Florida Universitetində təhsilin idarəedilməsi üzrə doktorantura təhsili alan və tədqiqat köməkçisi işləyən, “Lillie and Walter Berbecker” təqaüdünə layiq görülən Lalə Orucova və Şərq fəlsəfəsi üzrə mütəxəssis, İlahiyyat İnstitutunun müəllimi, filosof Müşfiq Ötgün çıxış ediblər.
Natiqlər şəxsi təcrübə və müşahidələri əsasında xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alnması ilə bağlı ictimaiyyətdə, o cümlədən gənclərdə formalaşmış miflər və reallıqlar haqda danışıblar.
Çıxışlarda təhsillə və gələcək karyera ilə bağlı məqsədin düzgün təyin edilməsi, xaricdə rast gəlinən əsas çətinliklər, dil baryerlərinin aradan qaldırılması, mədəniyyətlər fərqi, yeni ölkəyə uyğunlaşmaq üçün vacib şərtlər, yeni mühitdə müşahidə qabiliyyətinin vacibliyi, torpağa bağlılıq kimi məsələlərə toxunulub.
Çıxışlardan sonra qonaqlar tələbələri maraqlandıran suallara aydınlıq gətiriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi