BMU-da TKTA-nın növbəti təlimi təşkil olunub

28 Dekabr 2022
BMU-da TKTA-nın növbəti təlimi təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) "İnstitusional akkreditasiya üzrə qiymətləndirmə meyarları" mövzusunda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) növbəti təlimi keçirilib.

Universitetin struktur rəhbərlərinin iştirak etdiyi tədbirdə Agentliyin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları, meyarların əhatə etdiyi istiqamətlər, meyarlar üzrə indikatorlar və s. haqda ətraflı məlumatları nəzərə çatdırıb.

Qiymətləndirmə şkalasından söz açan şöbə müdiri institusional akkreditasiya zamanı 0-3 bal arası dəyərləndirmə aparıldığını bildirib və bu ballarla bağlı zəruri informasiyalara toxunub.

Azərbaycan ali təhsil müəssisələri arasında BMU-nun ən yaxşı strategiyaya sahib olduğunu da vurğulayan TKTA rəsmisi akkreditasiya zamanı ekspertlərin diqqət edəcəyi əsas məqamları da təlim iştirakçılarına izah edib.

Təlim iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər