Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Heç bir şey təsadüf deyil” mövzusunda seminar keçirilib.
Seminarda məruzə ilə çıxış edən 14 Saylı Mediasiya təşkilatının rəhbəri, vəkil, mediasiya üzrə təlimçi Gəray Ağbabalı gənclərin motivasiyası, əsas missiyaları, maddi və mənəvi dəyərləri və gələcəkdə gənclərə maneələr törədə biləcək məsələlərdən ətraflı bəhs edib.
Qarşılıqlı sual-cavab formasında davam edən seminarın sonunda aktivlyi ilə seçilən tələbələrə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi