BMU-da tələbələr arasında mini futbol turniri başa çatıb

31 May 2024
BMU-da tələbələr arasında mini futbol turniri başa çatıb

Bakı Mühəndislik Universitetinin (BMU) İdman klubunun təşkilatçılığı ilə ali təhsil ocağının fakültələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş mini futbol turniri yekunlaşıb.

Bir ay davam edən turnirdə ümumilikdə 36 komanda mübarizə aparıb.

Klubun məşqçı-müəllimi Rauf Əliyevin hakimliyi ilə keçirilən yarışmanın nəticələrinə əsasən I yerə “Billur FK”, II yerə“Cimbom FK”, III yerə isə “Double FK” komandaları layiq görülüb.

Turnirin “Ən yaxşı oyunçusu” adını isə Mühəndislik fakültəsi kompüter elmləri ixtisasının tələbəsi Həsən Abbasov qazanıb.

Qalib komandalara medallar və kubok təqdim edilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər