BMU-da təhsil alan əcnəbi tələbələr “Şuşa İli” çərçivəsində keçirilən forumda iştirak ediblər

29 Dekabr 2022
BMU-da təhsil alan əcnəbi tələbələr “Şuşa İli” çərçivəsində keçirilən forumda iştirak ediblər

Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat təhsil pilləsində təhsil alan əcnəbi tələbələr Elm və Təhsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda iştirak ediblər.

“Şuşa İli” çərçivəsində ölkəmizdə təhsil alan əcnəbi tələbələrin iştirakı ilə təşkil olunan forum işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin mədəniyyət abidələrinə, ətraf mühitə vurulan zərərlərinin müzakirəsi, diplomatiya mövzularında diskussiyaların aparılması, Qarabağ həqiqətlərinin əcnəbi tələbələrə çatdırılması məqsədi daşıyıb.

BMU-nun əcnəbi tələbələri forumda mədəniyyət, ətraf mühit, diplomatiya mövzuları üzrə yerli və xarici ekspertlər tərəfindən aparılan panel müzakirələrə qoşulublar.

Forumda Prezident İlham Əliyevin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası sazişlər və öz vəsaiti hesabına ölkəmizdə təhsil alan 70-ə yaxın əcnəbi tələbə iştirak edib. 

Qeyd edək ki, BMU-da cari ildə 27 ölkədən xarici tələbə təhsilini davam etdirir və təhsilin müxtəlif pillələri (bakalavr, magistr və doktorantura) üzrə təhsil alan tələbələr sırasına Türkiyə, Pakistan, Şri Lanka, Yəmən, Nigeriya, Filippin, İran, Cənubi Koreya, Honduras, Nepal, Mərakeş, Benin, Banqladeş, Gürcüstan, Rusiya və digər ölkələrin vətəndaşları daxildir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər