BMU-da səmərəli monitorinq sistemi və qiymətləndirmə meyarları ilə bağlı təlim keçirilib

02 Fevral 2023
BMU-da səmərəli monitorinq sistemi və qiymətləndirmə meyarları ilə bağlı təlim keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) əməkdaşlığı çərçivəsində növbəti təlim gerçəkləşdirilib. Universitetin struktur rəhbərlərinin iştirak etdiyi təlim “Daxili səmərəli monitorinq sisteminin qurulması və qiymətləndirmə meyarlarının təyin olunması” mövzusuna həsr olunub.

Tədbirdə BMU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova indiyə qədər təşkil olunan təlimlər və bu qəbildən olan tədbirlərin növbəti mərhələlələri haqda ümumi məlumat verib.

Sonra Agentliyin Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi Şəlalə Mahmudova keyfiyyət və keyfiyyət təminatı anlayışlarının fərqi, həmçinin təhsildə monitorinq və qiymətləndirmə sistemi üzrə əsas meyarlar, sistemin yaradılması üçün maraqlı tərəflər, giriş, proses və nəticə kimi istiqamətləri özündə birləşdirən keyfiyyət çərçivəsinin hədəflərindən danışıb.

Təlimçi daxili səmərəli monitorinq sisteminin qurulması üçün ali təhsil müəssisələri qarşısında duran vəzifələr, keyfiyyət səviyyəsinin müəyyənləşdiirlməsi, daxili keyfiyyət təminatı sisteminin effektivliyinin qiymətləndirilməsi, eyni zamanda məzunların ali məktəblərin nüfuzunun formalaşmasına təsiri və s. məsələləri nəzərə çatdırıb.

Təlim iştirakçıları maraqlandran sualların cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, BMU ilə TKTA arasındakı əməkdaşlıq müqaviləsinə əsasən, indiyə qədər universitetdə “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları”, “Akkreditasiya meyarları”, "İnstitusional akkreditasiya üzrə qiymətləndirmə meyarları" və s. mövzularda beş təlim keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər