BMU-da “Meetup Days” layihəsi çərçivəsində tələbələrlə görüş

01 Dekabr 2023
BMU-da “Meetup Days” layihəsi çərçivəsində tələbələrlə görüş

Bakı Mühəndislik Universitetində (BMU)  “Meetup Days” layihəsi çərçivəsində “Coders Azerbaijan” tədris mərkəzinin əməkdaşlarının tələbələrlə görüşü keçirilib.

Tədbir karyeralarını informasiya texnologiyaları sahəsi üzrə qurmaq istəyən tələbələrə dəstək, eyni zamanda real iş mühitində verilmiş tapşırığın nəzəri şəkildə izahı ilə yanaşı, praktikada uğurla icra edilməsini göstərmək məqsədilə təşkil olunub.

Layihə meneceri Fatima Koroğluyeva “Coders Azerbaijan” haqqında, həmçinin mərkəzin veb proqramlaşdırma sahəsində tədris proqramları haqda ətraflı məlumat verib.

Sonra tədris mərkəzinin informasiya texnologiyaları ixtisası üzrə təlimçisi Hörmət Həmidov proqramlaşdırmanın əsasları, kod yazılması, veb-sayt və oyunların hazırlanması ilə bağlı təqdimatla çıxış edib.

Tədbir informasiya texnologiyaları sahəsinin müxtəlif aspektləri üzrə tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər