Bakı Mühəndislik Universiteti (BMU) ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) əməkdaşlığı çərçivəsində təşkil olunan təlimlər davam edir.
“İnstitusional akkreditasiya” mövzusu üzrə III modulu əhatə edən növbəti təlimdə Agentliyin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov “Təlim və tədris” istiqaməti üzrə tələbəyönümlü tədris, təhsil proqramlarının monitorinqi və yenilənməsi, karyera xidməti, məzunlarla davamlı əlaqə sistemi kimi meyarlardan ətraflı danışıb.
Çıxışında əsas indikatorlara toxunan təlimçi təhsil proqramlarının monitorinqi strategiyasının və fəaliyyət planının mövcudluğu, həmçinin təhsil proqramları üzrə təlim nəticələrinin əldə edilməsinə nəzarət imkanları, özünüqiymətləndirmə hesabatlarının hazırlanması vəziyyəti və s. önəmli məsələləri nəzərə çatdırıb.
Təlimdə iştirakçıları maraqlandran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi