BMU-da imtahan sessiyası davam edir

08 Yanvar 2020
BMU-da imtahan sessiyası davam edir

Bakı Mühəndislik Universitetində (BMU) növbəti imtahan sessiyasına start verilib. Təhsil nazirinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələblərinə uyğun olaraq, imtahana hazırlıq işləri yüksək səviyyədə icra olunub. İmtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi, auditoriyalarda imtahanların aparılması üçün lazımi şərait yaradılıb, həmçinin sessiyanın gedişini, nəticələrini əks etdirən bütün forma və hesabatlar tərtib olunub. Sessiyanın obyektiv və qaydalara uyğun təşkilinə kömək məqsədilə tələbə təşkilatlarının imtahan prosesində iştirakı təmin edilib.

Tələbələrin fənlər üzrə imtahanqabağı ballarının BMU-nun Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə əldə olunan bütün qiymətləndirmə məlumatları imtahana qədər sistemdə tam əksini tapıb. İmtahan nəticələri isə imtahan keçirilən gün Elektron Məlumat Sisteminə yerləşdirilir.

Fevralın 1-nə qədər davam edəcək imtahan sessiyası dövründə ictimaiyyət nümayəndələri və valideynlər imtahanların gedişini müşahidə edə bilərlər.

BMU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının gedişinə nəzarət, müraciətlərin qəbulu, eləcə də araşdırılması məqsədilə Qərargah və Apellyasiya Komissiyası yaradılıb. Komissiyaya müraciət qaydaları ilə bağlı tələbələr ətraflı məlumatlandırılıb. Eyni zamanda, BMU-nun  “Qaynar xətt” xidməti də fəaliyyət göstərir.

 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər