BMU-da Erasmus + proqramı ilə bağlı tədbir keçirilib

23 Dekabr 2022
BMU-da Erasmus + proqramı ilə bağlı tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Erasmus + Beynəlxalq Mübadilə Proqramı ilə bağlı növbəti məlumatlandırma tədbiri keçirilib. Pedaqoji fakültənin İngilis dili kafedrası tərəfindən təşkil olunan tədbir kafedranın əməkdaşları - dosent Şəfəq Dadaşova və dosent Ziyafət Hüseynovanın Mübadilə Proqramı çərçivəsində ezamiyyətinə həsr olunub.

Tədbirdə təqdimatla çıxış edən dos. Ş.Dadaşova İtaliyanın Sapienza Universitetinin Şərqşünaslıq fakültəsinin professorları ilə aparılan fikir mübadiləsi, bakalavr, magistr və doktorantura tələbələri üçün “Avtobioqrafiya, onun nəzəriyyəsi və funksiyaları”, “Həyat hekayələri ictimai elmlərin keyfiyyət metodu” kimi və s. mövzularda keçirilən mühazirələr haqda məlumat verib.

Dosent Ziyafət Hüseynova Ruminyanın Babeş Bolyai Universitetində Siyasi, inzibati və sosial elmlər fakültəsinin müəllim və professor heyəti ilə görüşü, bakalavr və magistr pilləsində təhsil alan tələbələrə “Azərbaycan xalqının milli kimlik dinamikası”, “Azərbaycan emiqrant ədəbiyyatı nümayəndələri”, “Ədəbiyyatda sovet ideologiyası” və s. movzular üzrə oxudugu mühazirələrdən söz açıb.

Seminarın sonunda hər iki təqdimatçı iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər