Bakı Mühəndislik Universiteti (BMU) abituriyentləri bakalavriat səviyyəsində Energetika mühəndisliyi ixtisası üzrə ali təhsil almağa dəvət edir.
Müasir günümüzdə alternativ enerji inqilabı, dünyanın enerji mənzərəsinin, enerji infrastrukturunun formalaşdırılması qlobal və mürəkkəb enerji problemlərinin həllinə töhfə verə bilən, davamlı enerji həllərində hərəkətverici qüvvəyə çevrilən intellektual və peşəkar kadrlara - Energetika mühəndislərinə duyulan tələbatı aktuallaşdırır. BMU ölkədə bu ehtiyacı qarşılamaq üçün sözügedən sahədə yüksəkixtisaslı kadr hazırlığı aparılmasını üzərinə götürən əsas təhsil müəssisələrindən biridir.
Energetika mühəndisliyi ixtisasına üstünlük verənlər aparıcı energetiklər sırasına qoşulmaq, yeni texnologiyalar yaratmaq, energetikanın dinamik sahəsinə qoşulmaq imkanı qazanırlar.
Qeyd edək ki, Energetika mühəndisliyi ixtisası BMU-nun Mühəndislik fakültəsinin Avtomatika və elektroenergetika kafedrasında tədris olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi