Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və şəhərsalma kafedrasının qurucularından olan əməkdar memar, elm xadimi, professor Sabir Hidayət oğlu Orucovun 70 illik yubileyinə həsr edilmiş sərgi keçirilib.
Kafedranın müəllimi Aysel Hüseynzadənın təşəbbüsü ilə baş tutan sərgidə Memarlıq və inşaat fakültəsinin dekanlığı, kafedranın professor-müəllim heyəti iştirak edib.
Tədbirdə Memarlıq və inşaat fakültəsinin dekanı, dos. Afər Əlifov, yeni yaranmış Dizayn kafedrasının müdiri, dos. Vaqif Məmmədov çıxışlarında Sabir Orucovu 70 illiyi münasibətilə səmimi təbrik edib, yubilyara ən xoş arzularını çatdırıblar.
Əməkdar memar, professor Sabir Orucov yubileyi münasibətilə həm universitet rəhbərliyi, həm də müəllim-tələbə heyəti tərəfindən göstərilən diqqətə görə dərin minnətdarlığını bildirib.
Tədbirin sonunda sərgidə fəal iştirak edən bir qrup tələbəyə yubilyar, professor Sabir Orucov tərəfindən sertifikatlar təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi