BMU-da elmmetrik bazalardan istifadə ilə bağlı seminar keçirilib

04 Fevral 2025
BMU-da elmmetrik bazalardan istifadə ilə bağlı seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Scopus” və “Web of Science” bazalarından istifadə qaydalarına həsr olunan elmi-metodiki seminar keçirilib.

Kafedranın müdiri Nərminə Əliyeva seminarın əhəmiyyətinə,  elmmetrik bazalardan istifadənin zəruriliyinə toxunaraq bildirib ki, elmi məqalələrin nüfuzlu beynəlxalq bazalarda yer alması təkcə müəlliflər deyil, həm də onların fəaliyyət göstərdiyi  universitet üçün də böyük önəm daşıyır.

Sonra kafedranın dosenti Yusif Süleymanov “Scopus” və “Web of Science” bazalarından istifadə qaydaları, qeydiyyat, jurnalların seçilməsi, məqalələrin formata uyğun hazırlanması və s.haqqında geniş məruzə ilə çıxış edib. Məruzədə elmi məqalənin müvafiq nəşrdə yerləşdirilməsi prosesinin optimallaşdırılması barədə məlumat verilib, rast gəlinən problemlərin həll yolları konkret nümunələrlə izah olunub. Həmçinin sözügedən bazalarda elmi məqalələrini dərc etmək istəyən gənc alimlərin üzləşdiyi bir sıra çətinliklərə aydınlıq gətirilib.

Seminarın sonunda iştirakçıların maraq doğuran digər sualları cavablandırılıb.  

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər