BMU-da Elmi Şuranın növbəti iclası keçirilib

30 Aprel 2024
BMU-da Elmi Şuranın növbəti iclası keçirilib

Aprelin 30-da Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Şurasının növbəti iclası keçirilib.

Əvvəlcə islasın gündəliyində dayanan məsələlər - BMU-da təlim-tərbiyə və tələbə gənclər təşkilatları ilə görülən işlərin vəziyyəti,  Memarlıq və inşaat fakültəsində tədris, elmi-tədqiqat və tərbiyə işlərinin təşkili diqqətə çatdırılıb.

Sonra aidiyyəti struktur rəhbərləri tərəfindən hesabatlar təqdim edilib.   Dinlənilən hesabatlar müəyyən təklif və tövsiyələr nəzərə alınmaqla qənaətbəxş hesab olunub.

Müxtəlif məsələlərin müzakirəsi ilə davam edən iclasda doktorant və dissertantların illik təhsil ödənişlərinin məbləğinin təyin edilməsi məsələsinə də baxılıb. Geniş müzakirələrdən sonra 2024-cü təqvim ilindən etibarən ali təhsilin doktorantura və dissertantura səviyyələri üzrə sənədləri qəbul edilən doktorant və dissertantların illik təhsil ödənişlərinin dissertantlar üçün məbləğlərinin təyin olunmasına aid qərar verilib.

İclasda daha sonra dosent elmi adı almaq üçün Avtomatika, telekommunikasiya və energetika kafedrasının əməkdaşı Şəmsi Nəsirov, Dövlət və bələdiyyə idarəetməsi kafedrasının əməkdaşı Xanlar Heydərov, Biznesin idarə edilməsi kafedrasının əməkdaşı Murad İsgəndərov və  Maliyyə və mühasibat kafedrasının əməkdaşı Elsevər İbadovun sənədlərinin AAK-a göndərilməsi məsələləri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər