Bakı Mühəndislik Universitetində (BMU) “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin fəaliyyət istiqamətlərinə dair məlumatlandırma sessiyası keçirilib.
Tədbirdə təşkilatın məqsədi, vəzifələri, prioritetləri, həyata keçirəcəyi yeni layihələr, həmçinin yeni loqosu və loqoda yer alan təsvirlər haqda məlumat verilib.
İctimai Birliyin əməkdaşı Ərhim Baxışov təşkilatın tələbələrdə fərdi və peşəkar yanaşmanın formalaşdırılması, ictimai əhəmiyyət daşıyan layihələrdə tələbələrin iştirakının təmin olunması və bu istiqamətdə onların fəallığının artrılması, könüllülük fəaliyyətinin davamlı təbliği və təşviqinə xidmət etdiyini vurğulayıb.
Təşkilatın BMU üzrə koordinatoru Günel Rəhimova isə könüllü kimi şəxsi təcrübəsi, tələbə-könüllülərlə işin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətə cəlb edilməsinin əhəmiyyəti, təhsil müəssisəsi üzrə “Bir Könüllü” komandasının fəaliyyəti haqda danışıb.
Tədbirdə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin yeni ofisi, həmçinin həyata keçirdiyi layihələri əks etdirən video-çarxlar da nümayiş etdirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi