Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasında “BİO İD - Təbiətdən yansımalar” adlı sərgi keçirilib.
Sərgi dizayn kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədovanın rəhbərliyi ilə, kafedranın III kurs tələbələrinin “Bionik forma və bədii formayaranmanın əsasları” adlı fənlə əlaqədar təşkil olunub.
Sərginin açılışında Memarlıq və inşaat fakültəsinin dekanı, dosent Afər Əlifov, Memarlıq və şəhərsalma kafedrasının müdiri, professor Sabir Orucov və Dizayn kafedrasının müdiri, dosent Vaqif Məmmədov iştirak ediblər.
Sərginin sonunda tələbələrə sertifikatlar təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi