Türkiyə Respublikası Bilkent Universitetinin məzunu, nüfuzlu beynəlxalq şirkətlərlə memar kimi əməkdaşlıq edən Nurəddin Kazımov Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və şəhərsalma kafedrasının qonağı olub.
O, BMU-da memarlığın tədris proqramları, habelə tələbələrə nəzəri biliklərini təcrübə ilə birləşdirmək üçün yaradılmış imkanlarla maraqlanıb.
Sonra memar tələbələrə “Ən yaxşı memarlıq firmalarına gedən yol” (Pathway to top architectural firms) mövzusunda seminar keçib. Seminar zamanı mütəxəssis memarlıq sahəsində qazandığı təcrübəsini bölüşüb.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi