Bakı Mühəndislik Universitetinin əməkdaşlarının məqaləsi “Web of Science” indeksli jurnalda

10 May 2019
Bakı Mühəndislik Universitetinin əməkdaşlarının məqaləsi “Web of Science” indeksli jurnalda

   Bakı Mühəndislik Universiteti “Dünya iqtisadiyyatı” kafedrasının müdiri i.ü.f.d., Şəhriyar Muxtarov və “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı i.ü.f.d., Mayis Əzizov tərəfindən yazılan “Re-evaluating the environmental impacts of tourism: does EKC exist?” adlıməqalə “Environmental Science and Polution Research” jurnalının 2019-ci il may ayı buraxılışında nəşr edilib. Sözügedən jurnal dünyanın ən nüfuzlu məlumat bazası kimi qəbul edilən “Web of Science” məlumat bazasında indekslənir və impakt faktoru 2.8-dir.

      Məqalədə Azərbaycanda “Ətraf Mühit Kuznets Əyrisi” hipotezinin varlığı və turizm fəaliyyətlərinin ətraf mühit üzərində təsirləri 1996-2014-cü illərə aid statistik məlumatlardan istifadə edilərək TVC metodu vasitəsi ilə analiz edilmişdir. Məqalənin nəticələrinə görə, Azərbaycanda  turizm fəaliyyətlərinin ətraf mühiti çirkləndirdiyi və “Ətraf Mühit Kuznets Əyrisi” hipotezinin mövcud olmadığı ortaya çıxmışdır. Tədqiqat nəticələri əsasında, turizm fəaliyyətlərinin ətraf mühit üzərində mənfi təsirlərini azaltmaq istiqamətində bir sıra təkliflər irəli sürülmüşdür.

Məqaləni bu link vasitəsilə oxumaq olar:

http://link.springer.com/article/10.1007/s11356-019-05269-w

 

Digər xəbərlər