Bakı Mühəndislik Universitetində yeni ixtisaslar (VİDEO)

15 İyul 2024
Bakı Mühəndislik Universitetində yeni ixtisaslar (VİDEO)

Xəbər verdiyimiz kimi, Bakı Mühəndislik Universitetinin (BMU) 2024/2025-ci tədris ilinin qəbul planında bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar yer alıb.

Bunlar ingilis bölməsi üzrə “Fizika”, “Kimya”, “Riyaziyyat” və Azərbaycan bölməsi üzrə “Biotexnologiya”, “Nəqliyyat mühəndisliyi”, “Qida mühəndisliyi” ixtisaslarıdır.

BMU-nun bakalavriat səviyyəsində 36 ixtisas üzrə ümumilikdə 2285 plan yeri ayrılıb ki, onlardan 1540 yer Azərbaycan bölməsi (əyani), 220 yer qiyabi təhsil forması, 525 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub (https://beu.edu.az/az/page/bakalavr-tehsili-182/).

Digər xəbərlər