Bakı Mühəndislik Universitetində “Məzun Günü”

24 İyun 2024
Bakı Mühəndislik Universitetində “Məzun Günü”

Xəbər verdiyimiz kimi, iyunun 27-də Bakı Mühəndislik Universitetində  2023-2024-cü tədris ili üzrə “Məzun Günü” keçiriləcək. Dövlət və hökumət nümayəndələri, millət vəkillərinin iştirakının nəzərdə tutulduğu tədbir saat 18:00-da universitetin əsas binasının qarşısında başlayacaq. 

Rəsmi çıxışlardan sonra cari tədris ili məzunlarından ixtisas, fakültə və magistratura birinciləri, o cümlədən universitet birincisi mükafatlandırılacaq, ardınca isə bədii proqram təqdim ediləcək.

Bədii proqramda Azərbaycanı 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil edən və yarışmanın qalibi olan Nigar Camal,  Xalq artisti Samir Cəfərov və digər tanınmış müğənnilərin çıxışı planlaşdırılır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər