Tələbələrin nəzərinə: BMU-da “Karyera günü” keçiriləcək

17 Aprel 2024
Tələbələrin nəzərinə: BMU-da “Karyera günü” keçiriləcək

Bakı Mühəndislik Universitetində (BMU) “KPMG Azərbaycan” şirkətinin iştirakı ilə  “Karyera günü” keçiriləcək. Tədbir Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və BMU Karyera Mərkəzinin təşkilatçılığı ilə “Tea Talks” proqramı çərçivəsində baş tutacaq.

“Karyera günü” çərçivəsində tələbələrə “KPMG Azərbaycan” şirkətinin fəaliyyət strategiyası və iş prinsipi haqda məlumat veriləcək və imtahan təşkil ediləcək.

İmtahanda aşağıda qeyd edilən ixtisasların  tələbə (3-cü və 4-cü kurs, magistr) və məzunlarına üstünlük veriləcək:

-      Maliyyə (en)

-      Mühasibat uçotu və audit (en)

-      Biznesin idarə edilməsi (en)

-      MBA

İmtahan nəticəsi yüksək olan tələbələrə şirkət tərəfindən iş təklifi olunacaq. 

Tədbirin keçiriləcəyi tarix: 25 aprel 2024-cü il

Saat -14:00

Ünvan: Bakı Mühəndislik Universiteti / İqtisadiyyat binası, otaq 419.

Tədbirdə iştirak üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur:

https://forms.gle/ubdBRhJTXuqTFUxH7

“Karyera günü” BMU tələbələrinə şamil olunur. Yalnız yuxarıda qeyd edilən müvafiq ixtisaslar üzrə qeydiyyatdan keçən tələbələrin  tədbir saatları müddətindəki qaibləri üzrlü sayılacaq.

Məlumat üçün bildirək ki, “KPMG Azərbaycan” şirkəti “Böyük dördlük” audit şirkətlərindən biri olan qlobal mühasibat şirkətləri şəbəkəsidir. Şirkət bir çox bank və maliyyə qurumlarına, o cümlədən iqtisadiyyatın tikinti, neft-qaz, telekommunikasiya kimi aparıcı sektorlarındakı müəssisələrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir.

Digər elanlar