Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə 26-27 noyabr 2021-ci il tarixlərində “II Beynəlxalq Elm və Texnologiya” adlı elmi-praktiki konfrans keçiriləcək
Konfransın proqramı (PDF yüklə)
Dünyada olduğu kimi ölkəmizdə də mühəndislik elmləri və ona yaxın digər elm sahələri sürətlə dəyişir və inkişaf edir. Bu inkişaf və dəyişikliyə ayaq uydurmaq, problemlərə həll yolu tapmaq və ölkəmizin gələcəyinə töhfə vermək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə "II Beynəlxalq Elm və Texnologiya" konfransı keçiriləcək. Bu məqsədlə ali məktəb elmi işçilərini və müəllimlərini, mühəndis və texniki elmlər sahəsində mütəxəssisləri, doktorantları, aspirantları və elmi işçiləri öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək üçün beynəlxalq elmi-praktiki konfransa dəvət edirik.
Təşkilat komitəsi tərəfindən seçilmiş və konfransda təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcəkdir.
I. Konfransın məqsədi:
Konfransın məqsədi mühəndislik və onunla əlaqəli sahələrdə çalışan alimlər, tədqiqatçılar ilə dövlət və özəl sektor işçilərini bir araya gətirmək, aparılan yeni və fərqli araşdırmaları və düşüncələri bölüşmək, Universitet-Dövlət-Özəl sektor əməkdaşlıqlarını artırmaq və qarşılaşılan problemlərə birgə həll yolu tapmaqdır.
II. Konfransın işi aşağıdakı seksiyalar üzrə təşkil olunacaq:
Təbiət elmləri
Kompüter elmləri və informasiya texnologiyaları
Kimya mühəndisliyi
Təbiət elmləri və mühəndisliyin inteqrasiyası
Mexanika və maşın mühəndisliyi
Proseslərin avtomatlaşdırılması və elektroenergetika mühəndisliyi
Ətraf mühit və ətraf mühitin mühafizəsi
Memarlıq və inşaat
Logistika və nəqliyyat
Sənaye mühəndisliyi
III. Konfransın təqvimi:
15 noyabr 2021-ci il – materialların elektron versiyalarının təqdim olunmasının son müddətidir.
17 noyabr 2021-ci il - məruzənin qəbul edilməsi haqqında təşkilat komitəsinin cavabının göndərilməsinin son tarixidir.
24 noyabr 2021-ci il tarixində konfransın proqramı göndəriləcəkdir.
IV. Konfransın təşkilat komitəsi:
Sədr: prof. Havar Məmmədov - Bakı Mühəndislik Universitetinin rektoru
Sədr müavini: dos. Elçin Süleymanov - Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru
Elmi katiblər: dos. Afər Əlifov, dos. Hüseyn Mirzəyev, dos. Elşad Abdullayev
Məsul katiblər: dos. Vüqar Muradov, dos. Kənan Bəşirov, dos. Osman Mirzəyev
Konfransın iş qrafiki, işçi dillər:
Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis və rus dillərində aparılacaq.
Konfrans materiallarının hazırlanma qaydaları:
Materialın həcmi – A4 formatlı 5 səhifədən çox olmamaqla. Bütün səhifələrdə boş sahələr saxlanmalıdır ( sağdan, soldan, yuxarıdan və aşağıdan 25mm olmaqla).
Məruzənin adı- şrift ölçüsü 14, çap hərfləri ilə, mərkəzdə, interval 1,0.
Müəlliflər- şrift ölçüsü 12, interval 1,0. Müəlliflərin adı, atasının adı (inisialları) soyada qədər yazılır və probellə ayrılır.
Təşkilatın adı- şrift ölçüsü 12, kursivlə, interval 1,0. Təşkilatların adları arasında nöqtə vergül qoyulur. Müəlliflər müxtəlif təşkilatlardandırsa, bu təşkilatlar nömrələnir (həm müəllifin adında yuxarı indeks, həm də təşkilatın adında yuxarı indeks).
Elektron poçt ünvanları- təşkilat adlarından sonra, ayrıca sətirdə yazılır. Şrift ölçüsü 12, interval 1,0.
Məruzənin mətni-şrift Times New Roman, şrift ölçüsü 12, interval 1,0. Formullar Equation Editor (Math Type) vasitəsilə yığılır, şrift ölçüsü 12.
Ədəbiyyat siyahısı-nömrələnir, şrift ölçüsü 12, məruzənin mətnində ədəbiyyat istinadları kvadrat mötərizələrdə verilir. Ədəbiyyat siyahısında müəlliflərin inisialları soyaddan qabaq, probelsiz yazılır.
Xülasə-məqalənin öz dili və ingilis dilində.
Açar sözlər- 5-6 söz.
Müəlliflər haqqında məlumat: S.A.A., iş yeri və vəzifəsi, elmi adı, elmi dərəcəsi, elmi maraq dairəsi.
Tərtibat qaydalarına uyğun olmayan materiallar qəbul edilməyəcək.
Konfransda iştirak etmək istəyənlər məruzənin elektron versiyasını elektron poçtla scc@beu.edu.az ünvanına göndərməlidirlər.
Əlavə məlumat üçün təşkilat komitəsinə müraciət edə bilərsiniz.
Əlaqə ünvanları:
AZ 0101, Xırdalan ş., Həsən Əliyev küç. 120, Bakı Mühəndislik Universiteti
E- mail: scc@beu.edu.az