Tibbi xidmət

 

    Bakı Mühəndislik Universitetində (BMU) əməkdaşların və tələbələrin tibbi xidmətlə təminatı müasir tələblər əsasında qurulub. Belə ki, BMU-nun Tibb kabineti ilkin yardıma daxil olan dərman və sağlıq ləvazimatları ilə tam təmin olunub. Tibbi xidmətin əsas istiqamətini təşkil edən təcili tibbi yardıma ehtiyacı olanlara kömək göstərmək üçün universitetdə təcrübəli tibb işçiləri çalışır. Onlar sağlıq problemi zamanı ilkin yardım göstərir, müayinə aparır, lazım gəldikdə tələbə və əməkdaşları müvafiq xəstəxanalara istiqamətləndirirlər.

    Bundan başqa, BMU-da təhlükəli xəstəliklərdən, mövsümü epidemiyalardan qorunmaq, insan sağlamlığı üçün risk daşıyan halların qarşısını almaq, sanitar-gigiyenik normalara əməl etmək, o cümlədən ölkəmizdə mövcud vaksinasiya proqramlarının icrası ilə bağlı sistemli maarifləndirmə işləri aparılır.