Sənaye mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün seminar təşkil olunub

23 Nov 2023
Sənaye mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün seminar təşkil olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün “Proseslərin optimallaşdırılması” mövzusunda seminar təşkil olunub.

Universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə əməliyyatların tədqiqi fənni çərçivəsində baş tutan seminarda “Norm” ASC-nin Proseslərin məhsuldarlığı üzrə meneceri Emin Qəribov çıxış edib.

E.Qəribov təqdimatında proseslərin optimallaşdırılmasının əsas məqsədlərini, o cümlədən səmərəliliyin artırılması, enerji sərfiyyatına qənaət, ekoloji davamlılıq məsələlərini izah edib. O, həmçinin sement və klinker istehsalında optimallaşdırma, istehsal mərhələləri, sement istehsalında tətbiq olunan müasir texnologiyalar, proseslərin optimallaşdırılmasının üstünlükləri və s. nüansları diqqətə çatdırıb.

Seminarda mövzu ilə bağlı tələbələrin suallarına aydınlıq gətirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

More news