Bakı Mühəndislik Universiteti (BMU) ilə “Norm” ASC arasında imzalanmış əməkdaşlıq haqqında müvafiq razılaşmaya uyğun olaraq, “Kommersiya əməliyyatları:başlanğıcdan bazar liderinə qədər” mövzusunda interaktiv təlim keçirilib.
Biznesin idarəedilməsi ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün beynəlxalq biznes fənni çərşivəsində gerçəkləşdirilən təlimdə “Norm” ASC-nin meneceri Fuad Məmmədov çıxış edib.
Təlimdə kommersiya əməliyyatları, bu əməliyyatların şirkətlər tərəfindən idarəolunması, şirkətlərin inkişafyönümlü hədəfləri, o cümlədən insan resurslarına investisiya yatırıılmasının gələcək inkişafda rolu, əsas modullar, texniki dəstək, satışdan sonrakı xidmət və s. mövzulara toxunulub.
Təlim tələbələrdən ibarət iki komanda arasında “Rəqabəli bazarda binesin yaradılması” tapşırığının icrası ilə davam etdirilib. Komandaların biznes-planla bağlı təqdimatlarından sonra tələbələrin mövzu üzrə sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi