Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən “Statistik Olimpiada”nın qalibləri sırasında yer alıb.
Elm və Təhsil Nazirliyi və Dövlət Statistika Komitəsinin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdləri, həmçinin ali məktəb tələbələri arasında təşkil olunan olimpiadada universitetin IV kurs tələbəsi İsrafil İslamov (maliyyə ixtisası, ingilis bölməsi IV kurs) II yerin qalibi olub.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, elm və təhsil naziri Emin Əmrullayev şagird və tələbələri təbrik edib, Ümummilli Lider Heydər Əliyevin böyük həyat yolu, xalqımız qarşısındakı danılmaz xidmətlərindən danışıblar.
Qeyd edək ki, olimpiadada ümumilikdə 3106 nəfər şagird, 203 nəfər tələbə iştirak edib. Olimpiadanın final mərhələsinə keçmiş tələbə və şagirdlərə sertifikat və hədiyyələr, olimpiadanın qaliblərinə isə diplom və hədiyyələr təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi