BMU-da Zəfər Günü münasibətilə mini futbol turniri təşkil olunub

03 Nov 2023
BMU-da Zəfər Günü münasibətilə mini futbol turniri təşkil olunub

Bakı Mühəndislik Universiteti (BMU) İdman klubunun təşkilatçılığı ilə  8 noyabr - Zəfər Günü ilə əlaqədar I kurs tələbələri arasında mini futbol turniri keçirilib.

Bir ay davam edən mini futbol turnirində 24 komanda iştirak edib. Yarışmanın nəticələrinə əsasən I yeri “Füzuli”, II yeri “Qubadlı”,  III yeri isə “Xocalı” komandaları tutub.

Qalib komandalar BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən futbol geyim forması və fəxri fərmanla təltif olunublar.

Yarışa futbol üzrə yığma komandanın məşqçisi Rauf Əliyev hakimlik edib. Turnirdə yüksək oyun sərgiləyən iki tələbə - Abdulqəni Əliyev və Kənan Abbasov BMU-nun futbol üzrə yığma komandasının heyətinə cəlb olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

More news