Bakı Mühəndislik Universitetində (BMU) məktəblilərin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı keçirilib.
Seçmə imtahanında 2022/2023-cü tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə qalib və finalçı şagirdlər (92 şagird) iştirak edib.
Şagirdlərə 3 saat ərzində 4 alqoritmik məsələni C, C++ proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.
Qeyd edək ki, informatika fənni üzrə hazırlıq prosesi “Azercell Telecom”un dəstəyi ilə həyata keçirilir.
İctimaiyyətlə əlaqələr şöbəsi