Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatı, Debat klubu və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin birgə təşkilatçılığı ilə şou-debat təşkil olunub.
“Gənc sahibkarların inkişafında dövlət dəstəyinin əsas faktorları” mövzusunda baş tutan tədbir gənclərdə nümunəvi debat anlayışının formalaşdırılması məqsədi ilə gerçəkləşdirilib.
Tədbirin açılışında ölkəmizdə aparılan uğurlu və məqsədyönlü gənclər siyasəti, gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi üçün bütün sferalarda yaradılan geniş imkanlar, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı barədə danışılıb. Eyni zamanda, BMU-da gənclərin təşəbbüskarlığa əsaslanan fəaliyyətinə verilən dəstək, ali təhsil ocağında yaradılan tələbə təşkilatları və klublarının fəaliyyəti, onların səmərəli rolunun daha da inkişaf etdirilməsi üçün nəzərdə tutulan tədbirlər haqda məlumat verilib.
Sonra "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təlimçisi Nurlan Abbasov təmsil etdiyi təşkilatın həyata keçirdiyi proqramlar haqda fikirlərini bildirib. O, debat metodologiyası vasitəsi ilə gənclərin fərdi inkişafına dəstək verən Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə BMU Debat klubunun fəal iştirakını xüsusi qeyd edib, gənclərən faydalı fəaliyyətinin təmin edilməsi məqsədi ilə yaradılan geniş imkanlar üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbir “Divergent” komandasının spikerləri (Aydın Əkbərov, Səbuhi Abbasov, Gülər Qədimova) ilə “La vie abeille” komandasının spikerləri (Nərmin Teymurlu, Samir Dadaşov, Nəsibə Məmmədzadə) arasında şou-debatla davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi