Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində “Netokratik şərtlərdə informasiya siyasətində transformasiya” mövzusunda elmi-metodiki seminar keçirilib.
Seminarı giriş sözü ilə açan universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nəsimi Kamalov elmi seminarların təşkilinin, bu tədbirlərdə səsləndirilən mövzuların aktuallığından və önəmindən danışıb.
Sonra Dövlət və bələdiyyə idarəetməsi kafedrasının əməkdaşı Manaf Bağır-zadə mövzu ilə bağlı geniş təqdimatla çıxış edib.
Tədbirdə mövzu üzrə geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi