BMU-da 48-ci ICPC beynəlxalq müsabiqəsinin regional mərhələsi keçirilib

07 Nov 2023
BMU-da 48-ci ICPC beynəlxalq müsabiqəsinin regional mərhələsi keçirilib

Bakı Mühəndislik Universiteti və ADA Universitetinin təşkilatçılığı ilə “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XIX Azərbaycan Birinciliyi)

keçirilibMüsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 56 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib.

Komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.

Müsabiqədə müvəffəqiyyət qazanan komandalar cari ilin 10-14 dekabr tarixlərində Gürcüstan Respublikasında keçiriləcək “48-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak etmə hüququ qazanıblar.

Qeyd edək ki, Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank regional müsabiqənin baş sponsorudur.

İctimaiyytlə əlaqələr şöbəsi

More news