Zəminə Axundova Mehdiağa

Haqqında

    Bölmə: Bədii yaradıcılıq bölməsi
    Vəzifə: Müdir
    Ailə vəziyyəti: Evli

    Rusca : Səlis

    1. Windows XP,Internet Explorer

Təhsil

  • Doktorantura 03-JUL-07

    Azərbaycan Respublikası Prezident Yanında Ali Atestasiya Komissiyası Sənətşünaslıq

    Diplom EN 04622

  • Magistratura 01-JUN-84

    Azərbaycan Dövlət İncəsənət İnstitutu Mədəni-maarif işi

    Diplom LV 017007

Nəşrlər

    Kitablar
  • Zəminə Axundova , Axundova Z. Həyat və sənət yollarında Azərbaycan Milli Elmlər Akademiyasının müхbir üzvü, sənətşünaslıq dоktоru, prоfessоr, görkəmli alim Inqilab Saleh оğlu Kərimоvun həyat və yaradıcılığı haqqında mоnоqrafik, bibliоqrafik məlumat kitabı. . Bakı/Azərbaycan. 2006:309

Avtobioqrafiya

  • Tərcümeyi-hal Mən, Zəminə Mehdiağa qızı Axundova 24 fevral 1963-cü ildə Bakı şəhərində anadan olmuşam. İlk ibtidai təhsilimi 1970-1980-ci illərdə Binəqədi rayon 99 saylı orta məktəbdə almışam. 1980-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin əyani şöbəsinə daxil olmuşam. 1984-cü ildə həmin fakültəni klub işinin təşkilatçı-metodisti ixtisası üzrə bitirmişəm. Əmək fəaliyyətinə Binəqədi rayon Uşaq kitabxanasında başlamış, burada oxu zalının müdiri vəzifəsində işləmişəm. Daha sonralar 1992-ci ildə S. Vurğun adına MKS-də incəsənət şöbəsinin müdiri, 1993-cü ildə R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində kitabxana müdiri, 1994-2005-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət İşçilərinin İxtisasartırma Kursunda baş metodist, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Regionlarla iş sektorunda məsləhətçi, 2006-2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə incəsənət şöbəsinin, daha sonra həmin şöbənin teatr bölməsinin müdiri vəzifələrində işləmişəm. 2007-ci ildən Qafqaz Universitetində Mədəniyyət şöbəsi dram dərnəyinə bədii rəhbər dəvət olunmuş, 2011-2017-ci illerde Səhiyyə, Mədəniyyət və İdman İdarəsinin Mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışam. 2017-ci ilden hal -hazıda çalişdığım Bakı Mühendislik Universitetinde Bədii yaradıcılıq bölmesinin müdiri vezifesine təyin olunmuşam. 2000-ci ildə MEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin dissertantı qəbul edilmiş, 2005-ci ildə “Tarixi pyeslərin Azərbaycan Teatrında səhnə təcəssümü” adlı namizədlik disertasiyasını müdafiə edib, 2007-ci ildə sənətşünaslıq üzrə fələsəfə doktoru elmi dərəcəsini almışam. 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının müхbir üzvü, sənətşünaslıq dоktоru, prоfessоr, görkəmli alim Inqilab Saleh оğlu Kərimоvun həyat və yaradıcılığı haqqında mоnоqrafik, bibliоqrafik məlumat kitabım “Elm” nəşriyyatında çapdan çıxıb. 30-a yaxın elmi və publisistik məqalənin müəllifiyəm. Qafqaz Universiteti dram dərnəyi özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə hazırladığım, quruluşçu rejissoru olduğum: İ Əfəndiyevin eyniadlı əsəri əsasında “Xurşudbanu Natəvan” tarixi dramı 2008-ci ildə Opera və Balet Teatrında, “Hökmdar və qızı” əsəri əsasında “Qarabağnamə” tamaşası 2015-ci ilin fevral ayında Gənc Tamaşaçılar Teatrında, Ə.Əmirlinin “Ağqoyunlular və Qaraqoyunlular” pyesi əsasında eyniadlı tamaşa 2010-cu ildə Sumqayıt Dövlət Teatrında, H. Z. Tağıyevin həyat və fəaliyyətinə həsr etdiyi “Mesenat” pyesi əsasında eyniadlı tamaşa 2011-ci ildə Gənc Tamaşaçılar Teatrında, 2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, B. Vahabzadənin “Göytürklər” pyesi əsasında hazırlanan “Özümüzü kəsən qılınc” tamaşası 2013- cü ildə Gənc Tamaşaçılar Teatrında və Mingəçevir Dövlət Teatrında Şəki şəhər Musiqi Kollecində, 2014-cü ildə H. Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış eyniadlı tamaşa Qafqaz Universitetində,2015-cı ilin dekabr ayında Anarın “Keçən ilin son gecəsi” pyesi əsasında hazırlanan eyniadlı tamaşa Azərbaycan Dövlət Rus Dram Dram Teatrında nümayiş olunub. Ailəliyəm, iki övladım var.