Xəlil İsmayılov Abbas

Haqqında

    Bölmə: Avtomatika, telekommunikasiya və energetika
    Vəzifə: Dosent
    Ailə vəziyyəti: Evli

    İngilis : Yaxşı
    Azərbaycan (Ana dili): Səlis
    Türk : Yaxşı
    Rusca : Səlis

    Microsoft Office proqramları

Təhsil

  • Doktorantura 16-MAY-84

    Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Texnika elmləri üzrə fəlsəfə doktoru

    Diplom DÇ 071843

  • Magistratura 10-JUN-70

    Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Mühəndis elektrik

    Diplom E 205578

İş təcrübəsi

  • 01-SEP-24 Davam edir
    Avtomatika, telekommunikasiya və energetika fafedrası, dosent

    Bakı Mühəndsilik Universiteti

    Azərbaycan/

  • 01-SEP-23 01-SEP-24
    İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müdiri

    Odlar Yurdu Universiteti

    Azərbaycan/Bakı

  • 01-SEP-22 01-SEP-23
    Elmi katib

    Bakı Ali Neft Məktəbi

    Azərbaycan/Bakı

  • 01-OCT-16 01-SEP-22
    Tədris hissəsinin müdiri

    Bakı Ali Neft Məktəbi

    Azərbaycan/Bakı

  • 01-JUL-15 01-OCT-16
    Mühəndislik fakültəsinin dekanı

    Qafqaz Universiteti

    Azərbaycan/

  • 01-SEP-09 01-AUG-15
    Aspirantura və doktorantura şöbəsi müdiri

    Qafqaz Universiteti

    Azərbaycan/

  • 01-AUG-00 01-AUG-09
    Kompüter mühəndisliyi kafedrasının müdiri

    Qafqaz Universiteti

    Azərbaycan/

  • 01-SEP-95 01-SEP-00
    Mühəndislik fakültəsinin dekanı, El-k və el-ka mühəndisliyi kafedrasının professoru

    Near East University

    Şimali Kipr/Lefkoşa

  • 01-DEC-93 01-SEP-95
    Elektrik mühəndisliyi kafedrasında professor

    Yıldız Texnili Universiteti

    Türkiyə/İSTANBUL

  • 01-OCT-89 01-JUL-99
    Dosent

    Mbeya Texniki Kolleci

    Tanzaniya/Mbeya

  • 01-MAR-84 01-DEC-93
    Elektrik ölçmələri və hesablama texnikası kafedrasında dosent

    Azərbaycan Neft və Kimya İnstitutu

    Azərbaycan/Bakı

  • 01-SEP-80 01-JUL-81
    Sistemotexnika kafedrasında elmi işçi

    The City University

    İngiltərə/London

  • 01-MAR-78 01-DEC-93
    Elektrik ölçmələri və hesablama texnikası kafedrasında baş elmi işçi, dosent

    Azərbaycan Neft və Kimya İnstitutu

    Azərbaycan/Bakı

Nəşrlər

    Nəşrlər
  • B. Abasov , Y. Abilov , İsmayılov X. Designing of Fast Neural Nets for the Management and Control of Processing Poorly Formalizable Information. Journal of Qafqaz University. 2010;29:6, url: [1]
  • Kitablar
  • İsmayılov X. Electrical Measurements and Measuring Instruments. . /Azərbaycan. 2019:499
  • İsmayılov X. Dövrə nəzəriyyəsi. Qafqaz Universiteti nəşri. Bakı/Azərbaycan. 2015
  • İsmayılov X. Magistr hazırlığı üzrə yaddaş kitabçası. Qafqaz Universiteti nəşri. Bakı/Azərbaycan. 2012
  • İsmayılov X. Electronics: Laboratory Manual. Qafqaz Universiteti nəşri. Bakı/Azərbaycan. 2011
  • İsmayılov X. Circuit Theory: Laboratory Manual, . Qafqaz Universiteti nəşri. Bakı/Azərbaycan. 2009
  • İsmayılov X. Digital Logic Design, Laboratory Manual, 2/e. Qafqaz Universiteti nəşri. Bakı/Azərbaycan. 2009
  • İsmayılov X. Logic Design, Laboratory Manual. Qafqaz Universiteti nəşri. Bakı/Azərbaycan. 2007
  • İsmayılov X. Principles of Measurements and Instrumentation. Yakın Doğu Universiteti nəşriyyatı. Lefkoşa/Şimali Kipr. 2000
  • Hasan D, İsmayılov X. Electronic Circuits: Laboratory Manual. Yakın Doğu Universiteti nəşriyyatı. Lefkoşa/Şimali Kipr. 1999
  • Hasan D, İsmayılov X. Electronic Devices: Laboratory Manual. Yakın Doğu Universitetinin nəşriyyatı. Lefkoşa/Şimali Kipr. 1999
  • İsmayılov X. Electrical Measurements: Examples and Problems. Yakın Doğu Univesitetinin nəşriyyatı. Lefkoşa/Şimali Kipr. 1999
  • İsmayılov X. Electrical Measurements: Laboratory Manual, . Yakın Doğu Universiteti nəşriyyatı. Lefkoşa/Şimali Kipr. 1999
  • Halit P, İsmayılov X. Elektrik ve elektronik ölçmeler: Çözülmüş problemler ve modern ölçme tekniği. . İSTANBUL/Türkiyə. 1996
  • Halit P, İsmayılov X. Dijital ölçmeler. . İSTANBUL/Türkiyə. 1996
  • Namiq A, İsmayılov X. Mikroprosessorlar və mikroprosessor sistemləri . Azərbaycan Neft və Kimya İnstitutu nəşriyyatı . Bakı/Azərbaycan. 1986
  • Arkadiy T, Svetlana K, İsmayılov X. Fiziki kəmiyyətlərin ölçülməsi üsulları” fənnindən laboratoriya işləri və metodik göstərişlər . Azərbaycan Neft və Kimya İnstitutu nəşriyyatı. Bakı/Azərbaycan. 1980

Üzv olduğu elmi qurumlar

  • 01-jan-2011

Mükafatlar, Sertifikatlar

  • "Gümüş medal", SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ; 1977

Avtobioqrafiya

  • 1947-ci il aprelin 17-də Ordubad payonunun Əndəmic kəndində anadan olmuşdur. 1962-ci ildə Əndəmic kənd səkkizillik məktəbini, 1965-ci ildə isə Ordubad şəhərinin M.T. Sidqi adına 1 №-li orta məktəbini gümüş medalla bitirmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin “İnformasiya-ölçmə texnikası” ixtisası üzrə I kursuna daxil olmuş və 1970-ci ildə həmin institutu adı çəkilən ixtisas üzrə bitirərək mühəndis-elektrik diplomuna layiq görülmüşdür. 1971-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda İnformasiya-ölçmə və hesablama texnikası kafedrasında mühəndis vəzifəsində iş fəaliyyətinə başlamışdır. 1972-1975-ci illər ərzində Neft və Kimya İnstitutunun aspiranturasında təhsil almış və 1975-ci ildə aspiranturanı bitirdikdən sonra İnformasiya-ölçmə və hesablama texnikası kafedrasının elmi-tədqiqat sektorunda böyük mühəndis vəzifəsinə təyinat almışdır. 1977-ci ilin iyulunda texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1978-ci ilin mart ayında müsabiqə yolu ilə institutun İnformasiya-ölçmə və hesablama texnikası kafedrasının assistenti vəzifəsinə, 1982-ci ilin sentyabr ayında isə dosenti vəzifəsinə seçilmişdir. 1984-cü ilin may ayında dosentlik diplomunu almışdır. 1993-cü ilin sonuna qədər həmin kafedrada dosent vəzifəsində işləmişdir. Mübadilə proqramı ilə 1980-ci ilin sentyabr ayından 1981-ci ilin iyul ayına qədər Böyük Britaniyada London şəhərində City University-nin və 1987-ci ilin mart ayından iyun ayına qədər London Universitetinin King’s College London kollecinin mühəndislik fakültəsində elmi ezamiyyətdə olmuşdur. SSRİ Təhsil Nazirliyinin göndərişi ilə 1989-cu ilin oktyabr ayından 1991-ci ilin iyul ayına qədər Tanzaniya Respublikasının Mbeya şəhərindəki Mbeya Texniki Kollecində dosent vəzifəsində işləmişdir. 1993-cü ilin dekabr ayından 1995-ci ilin sentyabr ayina qədər Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Yıldız Texnik Universitetində dosent vəzifəsində və 1995-ci ilin sentyabr ayından 2000-ci ilin sentyabr ayına qədər Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərində yerləşən Yaxın Şərq Universitetində professor və dekan vəzifəsində çalışmışdır. 2000-ci ilin sentyabr ayından Qafqaz Universitetinə (Bakı) dəvət olinmuş, Kompüter mühəndisliyi kafedrasının müdiri, Magistratura və doktorantura şöbəsinin müdiri və Mühəndislik fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2016-cı ildən Bakı Ali Neft Məktəbində Tədris-metodiki şöbənin rəisi vəzifəsində şalışır. 30-dan çox elmi məqalə, 15 kitab (azərbaycan, türk və ingilis dillərində çap edilmiş dərslik və dərs vəsaiti) çap etdirmiş və 23 müəlliflik şəhadətnaməsi almışdır.