Azərbaycan Respublikası Prezident Yanında Ali Atestasiya Komissiyası İqtisad üzrə fəlsəfə doktoru
Diplom FD 10620
Selçuk Üniversitesi Dövlət və bələdiyyə idarəetməsi
Diplom 4228001008
Selçuk Üniversitesi Dövlət və bələdiyyə idarəetməsi
Diplom 206050046
Qafqaz Universiteti
Azərbaycan/Bakı
"“Elmdə Zəfər mükafatı-2021”", Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ; 2021
Muradov Vüqar Ağamurad oğlu 1992-ci ildə Azərbaycan Respublikası Dövlət proqramı ilə Türkiyə respublikası Ankara şəhərində litseyə qəbul olmuş və 1996-cı ildə litseyi bitirərək yenə Azərbaycan Respublikası Dövlət proqramı ilə Səlcuq Universitetinə daxil olmuşdur. 2000-ci ildə bakalavr təhsilini tamamlayaraq həmin Universitetdə magistr pilləsində təhsilinə davam etmişdir. Magist pilləsində təhsilini 2003-ci ildə tamamlayaraq həmin il həqiqi hərbi xidmətə çağırılmış və 2004-cü ildə həqiqi hərbi xidmətini tamamlamışdır. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 23 iyun 2017-ci il tarixli qərarı ilə İqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini adını almışdır. Vüqar Ağamurad oğlu Muradov 2005 – 2007-ci illərdə Qafqaz Universiteti Dil tədrisi koordinatorluğunda katib olaraq işə başlamış, 2010-2012-ci illər arasında Daimi inkişaf mərkəzi məsləhətçi, 2012-2013-cü illər arasında Tədris hissəsi mütəxəssis, 2013 – 2016-cı illər arasında Magistratura və Doktorantura şöbəsində katib və müdir müavini vəzifələrində çalışmışdır. Eyni zamanda 2016-cı ildən 2019-cu ilə qədər Sənaye mühəndisliyi kafedrasında baş müəllim, 2016-cı ildən etibarən isə dosent vəzifələrində işləmişdir. 2016-2024-cü illər arasında Bakı Mühəndislik Universiteti Mühəndislik fakültəsi və Memarlıq inşaat dekan müavini vəzifəsində işləmişdir. 2024-ci ilin sentyabr ayından etibarən İqtisadiyyat və idarəetmə fakültəsində dekan müavini vəzifəsində işləyir. Ailəlidir. Üç övladı var.