Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası Fizika üzrə fəlsəfə doktoru
Diplom FD 10916
Bakı Dövlət Universiteti Fiziki elektronika - Optoelektronika
Diplom MNB 021533
Bakı Dövlət Universiteti Fiziki elektronika
Diplom B 134662
Bakı Mühəndislik Universiteti
Azərbaycan/Abşeron
Bakı Mühəndislik Universiteti
Azərbaycan/Abşeron
Bakı Mühəndislik Universiteti
Azərbaycan/Abşeron
Bakı Mühəndislik Universiteti
Azərbaycan/Abşeron
Azərbaycan Texniki Universiteti
Azərbaycan/Bakı
Azərbaycan Texniki Universiteti
Azərbaycan/Bakı
Azərbaycan Texniki Universiteti
Azərbaycan/Bakı
Fizika kafedrasının dosenti Abdurəhmanova Ülkər Sərdər qızı haqqında məlumat Abdurəhmanova Ülkər Sərdər qızı 1986-cı ildə Qəbələ rayonunda anadan olmuş, 2004-cü ildə orta məktəbi bitirib elə həmin il BDU-nun Fizika fakültəsinə “Fiziki elektronika” ixtisası üzrə bakalavr pilləsinə qəbul olmuşdur. 2008-ci ildə universiteti bakalavr pilləsi üzrə bitirib, həmin il BDU-nun Fizika fakültəsinə magistraturaya qəbul olmuşdur. 2010-cu ildə magistr pilləsindən məzun olmuş, 2013-cü ildə Azərbaycan Texniki Universitetinin “Bərk cisimlər fizikası” ixtisasına fəlsəfə doktoru proqramı üzrə əyani doktoranturaya qəbul olmuşdur. 2017-ci il 30 may tarixində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 ixtisaslaşdırılmış şurada dissertasiya işinin müdafiəsi keçirilmişdir. 2017- ci il 30 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Ü.S. Abdurəhmanova 2014-cü ildən AzTU-nun Fizika kafedrasının nəzdindəki ETL-də baş laborant, kiçik elmi işçi, daha sonra böyük elmi işçi olaraq fəaliyyət göstərmişdir. Fəaliyyəti müddətində respublika və beynəlxalq səviyyədə keçirilən konfranslarda iştirak etmiş, məqalə və tezisləri yüksək indeksli yerli və xarici jurnallarda çap edilmişdir. 2017-ci ildən Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının baş müəllimi, 2021-ci ildən etibarən həmin kafedrada dosent olaraq fəaliyyət göstərir. Əlavə olaraq 2017-2021- ci illərdə BMU-nun Magistratura və doktorantura şöbəsində mütəxəssis, daha sonra baş mütəxəssis olaraq fəaliyyət göstərmiş, bu müddətdə universitetin NİZAMİ layihəsi çərçivəsində Erasmus KA2 proqramı ilə Fransanın Montpellier Universitetinə, Almaniyanın Berlin Texniki Universitetinə ezam olunaraq müvafiq layihələrin təlimlərində iştirak etmişdir. İngilis dilini "C" səviyyəsində bilir, tədris dili İngilis dili olan ixtisas və qeyri- ixtisas qruplarında Fizikanın müxtəlif bölmələri üzrə dərs aparır. Ü.S. Abdurəhmanova 2023-cü ildə nəşr olunmuş “Ümumi fizika kursundan laboratoriya praktikumu (Mexanika, Molekulyar fizika)” dərs vəsaitinin həmmüəllifidir. 1 dərs vəsaitinin, 40-dan çox elmi əsərin, fənn proqramlarının müəllifidir.