Azərbaycan Respublikası Prezident Yanında Ali Atestasiya Komissiyası Fəlsəfə elmləri namizədi
Diplom EN № 04579
Azərbaycan Universiteti Hüquqşünas Beynəlxalq hüquq
Diplom MNA № 013815
Bakı Dövlət Universiteti Hüquqşünas Beynəlxalq hüquq
Diplom A № 072117
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan/Bakı
Tərcümeyi hal Mən, Əhmədov Tofiq Teymur oğlu, 1980-ci il 5 fevral tarixində Salyan şəhərində anadan olmuşam. Salyan şəhər 1 saylı orta məktəbi bitirmişəm. 1997-ci ildə Bakı Dövlət Universitetinin "Beynəlxalq hüquq" fakültəsinə daxil olmuşam. 2001-ci ildə həmin fakültəni bitirib hüquq üzrə bakalavr dərəcəsini almışam. 2001-2003-cü illərdə Azərbaycan Universitetində beynəlxalq hüquq ixtisası üzrə magistraturada təhsilimi davam etdirmişəm. 2007-ci ilin yanvarın 13-də Bakı Dövlət Universitetində elmi işimi müdafiə edərək Ali Attestasiya Komissiyası tərəfindən sosial fəlsəfə və hüquq fəlsəfəsi indeksləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşəm. 2003-cü ildən Azərbaycan Universitetində pedaqoji fəaliyyətə başlamışam. Əvvəlcə assistent, sonra isə baş müəllim və dosent vəzifəsində çalışmışam. 2008-ci ilin sentyabrından ABŞ-ın Corcia Dövlət Universiteti ilə birgə həyata keçirilən Biznes idarəçiliyi üzrə bakalavr və magistr (BBA və MBA) proqramlarınıın rəhbəri və dekanı təyin olunmuşam. 2013-cü ilin iyulundan Azərbaycan Universitetində "Beynəlxalq Əlaqələr və Karyera Mərkəzi" departamentinin rəhbəri vəzifəsində çalışmışam. Yarımştat əvəzçiliklə 2007-2008-ci illərdə Azərbaycan Dillər Universitetində, 2015-2016-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşam. 2016-2017-ci tədris ilində Bakı Dövlət Universitetinin hüquq fakültəsində əvəzçiliklə yarımştat müəllim kimi çalışıram. 2011-2013-cü illər ərzində ABŞ-ın Harvard Universitetində (Kembric, Massaçuset) və Corcia Dövlət Universitetində (Atlanta, Corcia) ixtisasartırma proqramlarında tədqiqatçı kimi çalışmış, müasir təlim metodları, institusional idarəetmə, kurrikulum inkişafı üzrə təcrübə mübadiləsində iştirak etmişəm. 2014 -2015-ci illər ərzində "Xaricdə Təhsil Dövlət Proqramı" xətti ilə Çin Xalq Respublikasının Honq Konq Universitetində "Ali təhsilin təşkili və idarə olunması" ixtisası üzrə magistr təhsili almışam. Honq Konq Universitetində təhsil aldığım müddətdə tədqiqatçı kimi fəaliyyət göstərmişəm. 2015-ci ilin iyul ayından Azərbaycan Respublikası Təhsil Nazirliyində "Elm, ali və orta ixtisas təhsili" şöbəsiində baş məsləhətçi vəzifəsində çalışıram. Bu müddət ərzində eləcə də, Avropa Birliyinin maliyyələşdirdiyi Azərbaycan ali təhsilinin Avropa Ali Təhsil Məkanına inteqrasiyası dəstək adlı Tvinninq layihəsinin koordinatoru olmuşam. 2017-2019-cü illərdə Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət Təminatı Departamentinin rəhbəri olaraq çalışmışam. 2019-2020-ci illərdə Alman Əməkdaşlıq Təşkilatında (GİZ) təhsil eksperti olaraq çalışmışam. 2021-ci ilin yanvar ayından ADPU-nun ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsil siyasəti və idarəetçəsi” ixtisası üzrə magistratura proqramının rəhbəri baş direktoru olaraq fəaliyyət göstərirəm. 2019-cu ilin sentyabr ayından BMU-nun yarımştat müəllim olaraq çalışıram.