Azərbaycan Respublikası Prezident Yanında Ali Atestasiya Komissiyası Filologiya üzrə fəlsəfə doktoru
Diplom FD № 07309
Hacettepe Universiteti Filologiya
Diplom 00-UA-108
Hacettepe Universiteti Filologiya
Diplom 97-049-025
Mən, Qayıbov Seyran Salman oğlu 1971-ci ildə Şamaxı rayonunun Təklə Mirzəbaba kəndində anadan olmuşam. Orta təhsilimi 1978-1987-ci illərdə Təklə Mirzəbaba kənd orta məktəbində almışam. 1989-1991-ci illər arası həqiqi hərbi xidməti keçmişəm. Hökumətlərarası Təqaüd Proqramı ilə 1997-ci ildə Türkiyənin Hacəttəpə Universitetinin Ədəbiyyat fakültəsində bakalavriatura, 2000-ci ildə isə magistratura təhsilimi başa vurmuşam. 2011-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün yazdığım dissertasiya işini uğurla müdafiə etmiş, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "Filologiya üzrə fəlsəfə doktoru" elmi dərəcəsi, 2019-cu ildə isə "Dosent" elmi adını almışam. Nizami adına Ədəbiyyat Muzeyində "Şifahi epik ənənə və Azərbaycan yazılı ədəbiyyatı (1900-1950-ci illər)" adlı elmlər doktorluğu işi üzərində işləyirəm. Ölkə daxilində və xaricində keçirilən 15-dən çox elmi konfrans və simpoziumda məruzə ilə çıxış etmiş, bir çox beynəlxalq və respublika elmi konfranslarının təşkilatçısı olmuşam. Bəziləri Web Of Science, SCOPUS və d. beynəlxalq indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə bir çox elmi məqaləm nəşr olunmuşdur. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanmış "Türk ədəbiyyatı isimlər sözlüyü" adlı ensiklopediyada nəşr olunmuş bir çox bioqrafik məqalənin müəllifiyəm. 2003-cü ildən etibarən elmi-pedaqoji fəaliyyətlə məşğulam. Hazırda Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsinin Tədris işləri üzrə Dekan müavini və "Journal of Baku Engineering University" elmi jurnalının "Filologiya və pedaqogika" bölməsinin baş redaktoruyam.