Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası Tarix üzrə elmlər doktoru
Diplom 14-R
Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası Tarix elmləri Namizədi
Diplom KD 035981
Stepanakert Pedaqoji İnstitutu Tarix
Diplom U 053273
BMU-nun Mühəndislik fakültəsi Elmi Şurasının üzvü 29-mar-2024
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 17-jan-2013
"Fəxri Fərman ", Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ; 2020
"Teşekkür Belgesi", Azərbaycan Texniki Universiteti ; 2018
"Qabaqcil təhsil işçısı", Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ; 2018
"Fəal İştirakına Görə", Azərbaycan Texniki Universiteti ; 2017
"Tərəqqi medalı", Azərbaycan Respublikasının Prezidenti ; 2011
BMU Həmkarlar İttifaqı Komitəsinin sədri, tarix elimləri doktoru, professor, Qasımov Şikar Məhəmmədəli oğlu 09.02.1958-ci ildə Laçın rayonunun Cicimli kəndində anadan olmuşdur. 1977-1981-ci illərdə Xankəndi Dövlət Pedoqoji İnsitutunun tarix fakültəsi, fərqlənmə diplomu ilə bitirib. 1981-1985-ci illərdə Laçın rayonu Cicimli kəndində tarix müəllimi, 1985-1987-ci illərdə Abşeron rayon Mədəniyyət Şöbəsində tarixi abidələrin mühafizəçisi və rayon tarix- diyarşünaslıq muzeyində Elmi işçi, 1987-ci ildən Azərbaycan Politexnik İnsitutunun (indiki, Azərbaycan Texniki Universiteti) Sov.İKP tarixi kafedrasında baş laborant, 1989-cu ildən kafedranın müəllimi, 1992-ci ildə AzTU-nun “Tarix” kafedrasında müəlim vəzifəsindən birbaşa dosent vəzifəsinə seçilmişdir. 1995-ci ildən Univerisitet Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, 1996-cı ildən 2001-ci ilə kimi “Mühəndis Biznesi və Menencment” fakultəsində dekan müavini, 2001-2006-cı illərdə AzTU-da tərbiyə işləri üzrə prorektor və AzTU-nun orqanı olan “Ziya” qəzetinin baş redaktoru vəzifələrində, 2002-ci ildən 2016-ci ilə qədər “Tarix” kafedrasının müdiri, 2016-cı ilin fevralından 2021-ci ilin 02 fevralına qədər isə “İctimai fənlər” kafedrasının müdiri, 2016-2021-ci ilin fevral ayına qədər, AMEA Tarix İnsitutunda 0,5 ştat baş elmi işçi vəzfələrində işləmişdir. 2000-ci ildən YAP-ın üzvüdür, 2013-cü ildən 2021-ci ilin noyabr ayınadək Yasamal rayon, H.Cavid 25, YAP ərazi ilk təşkilatının sədri vəzifəsində çalışmışdır. Birinci Qarabağ müharibəsi veteranıdır. 1990-ci ildə AMEA-nın Tarix İnstitutunda namizədlik, 2008-ci ildə doktorluq dissertasiyasını müdafiə etmışdır. 2014-cü ildən professordur. 341-dən çox elmi, metodik və publisistik məqalənin və 6 monoqrafiyanın müəllifidir, o cümlədən texniki ali məktəblər üçün doqquz “Tarix” və “Azərbaycan tarixi” fənninin tədrisi proqramının, “Tarix və Azərbaycan tarixinin tədrisinə dair” 5 metodiki vəsaitin, 2 məcmuənin, texniki ali məktəblər üçün “Azərbaycan tarixi” dərsliyinin (Bakı-2015), “Xalq Qəhrəmanı Sultan bəy”, “Əsirlikdə qalan Laçın”, “Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” (Bakı- 2018) kitablarının, “Azərbaycan tarixi” mühazirə və məşğələ dərslərinin keçilməsinə dair metodik vəsaitin (Bakı-2019), “Azərbaycan tarixi” fənninin proqramının (Bakı-2019) və texniki ali məktəblər üçün “Azərbaycan tarixi” fənninin tədris proqramının (Bakı-2023) müəllifidir. Moskvanın, Dağıstanın, Türkiyənin, Kiyevin, Ryazanın, Makedoniyanın, İtaliyanın, Çuvaş Respublikasının və Qazaxstanın elmi jurnallarında 29 məqaləsi çap olunub. 33 respublika, 28-dən çox Beynəlxalq konffranslarda iştirak və çıxışlar etmişdir. 2012-2018 və 2021-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Tarix və Siyasi elmlər üzrə Ekspert Şurasının üzvüdür. MDB ölkələri arası Monitorinq İnsitutunun Bakı filialının eksperti, 5 il ardıcıl olaraq Sumqayıt Dövlət Universitetində Dövlət İmtahan Komissiyasının sədri, universitetinin keçirdiyi respublika və beynəlxalq konfransların iştirakçısı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalıyla təltif olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə 2018-ci ildə “Qabaqcıl Təhsil İşçisi” döş nişanı və 2021-ci ilin yanvar ayında isə Təhsil Nazirinin Fəxri fərmanı ilə təltif edilmişdir. Qarabağ müharibəsi veteranıdır. 2013-2021-ci illərdə Yasamal rayonu H.Cavid 25, YAP ərazi təşkilatının sədri olmuşdur.