Qafqaz Universiteti İqtisadiyyat
Diplom MNB 026808
Azərbaycan Dövlət İqtisad Universiteti ümumi iqtisadiyyat
Diplom B 127792
Azərbaycan Universiteti
Azərbaycan/Bakı
Ağayev Samir Səxavət oğlu Samir Ağayev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olubdur. Az.DİU-də 2004-2008-ci illərdə “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, eyni ixtisas üzrə 2010-2012-ci illərdə isə keçmiş Qafqaz Universitetində isə magistratura təhsili alıbdır. 2017-2021-ci illərdə isə Az.DİU-də “Daxili Fiskal Siyasət və Dövlət Maliyyəsi” ixtisası üzrə doktorantura təhsili alıbdır. Onun ümumilikdə 10 illik maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi və mikro-makro iqtisadiyyat fənnlərinin tədrisi üzrə müəllim-təlimçilik, həmçinin bank və maliyyə xidmətləri üzrə zəngin iş təcrübəsi vardır. BDU-də və Azərbaycan Universitetində “Mühasibat uçotu”,“Audit”, “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat” və “İqtisadiyyatın tənzimlənməsi” fənnlərini tədris etmişdir. O, maliyyənin idarə edilməsi, biznes proseslərin qurulması, layihələrin idarə edilməsi və idarəetmə üzrə zəngin praktiki biliklərə malikdir. O, “BERC” şirkətlər qrupunda “Maliyyə meneceri” vəzifəsində çalışmış və hal-hazırda orada Mühasibat uçotu, Vergi uçotu üzrə “Təlimçi” kimi fəaliyyət göstərir. Samir Ağayev, dissertasiya ilə bağlı 10 ədəd məqalə-tezisin və “Maya dəyəri uçotuna giriş” kitabının müəllifidir. https://www.scribd.com/document/937349180/Maya-Dəyəri-Ucotu-Samir-Ağayev