Azəbaycan Respublikası Ali Attestasiya Komissiyası Filalogiya
Diplom FD № 12183
Bakı Dövlət Universiteti Filoloq,Azərbaycan dili və ədəbiyyat müəllimi
Diplom AB-I № 002312
Qafqaz Universiteti
Azərbaycan/Bakı
ÇAĞ Öğretim, Bakı Özel Türk Liseyi
Azərbaycan/Bakı
ÇAĞ Öğretim Lənkəran Özəl Türk Liseyi
Azərbaycan/
Bakı Araz kursu
Azərbaycan/Bakı
Gənclərin Elmi Araşdırmalarına Yardım İctimai Birliyi 01-sep-2010
TQDK 01-sep-2007
"Ədəbiyyat fənni 1-ci yer", CAG ÖYRƏTİM ; 2010
"İlin müəllimi", CAG ÖYRƏTİM ; 2009
"Fəxri Fərman", Azərbaycan Respublikasi Təhsil Nazirliyindən ; 2007
"Fəxri Fərman", CAG ÖYRƏTİM ; 2006
"Azərbaycan dili fənni imtahanı 1-ci yer", ÇAĞ Öğretim ; 2006
"Rəhbərlik və idarəetmə", CAG ÖYRƏTİM ; 2002
Mən, Quliyev Rəhman Böyükağa oğlu 1967-ci il avqustun 16-da Saatlı rayonunun Camışlı kəndində anadan olmuşam.
1975-ci ildə həmin kənddə yerləşən orta məktəbin 1 -ci sinfinə daxil olmuşam. 1985-ci ildə orta məktəbi bitirmişəm. Həmin ildə Saatlı rayonunun 184 saylı peşə məktəbinə daxil olmuşam. 1986-cı ildə həmin məktəbi bitirmişəm.
1986 - 1988-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşam. Hərbi xidməti bitirdikdən sonra bir il Saatlı rayonu 21 saylı TTS-də fəhlə işləmişəm.
1990-cı ildə BDU-nin hazırlıq kursunda oxumuşam. 1991-ci ildə BDU-nun Filologiya fakultəsinin 1-ci kursuna daxil olmuşam. 1996-cı ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Həmin il, eyni zamanda, AMEA-nın Ədəbiyyat instituna daxil olmuşam, 1999-cu ildə bitirmişəm.Həmçinin 1996-cı ildənAraz kurslarında Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işə başlamışam. 2001-ci ildən 2006-cı ilə qədər Lənkəran Özəl Türk Liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq çalışmışam. 2006-cı ildən 2010-cu ilə qədər isə Bakı Özəl Türk Liseyində müəllim vəzifəsində çalışmışam. 2011-ci ildən Qafqaz Universitetində çalışıram.Ailəliyəm, iki övladım var.
Həyat yoldaşım 1968-ci il təvəllüdlü Quliyeva Təranə Alisa qızı işləmir, evdar qadındır.
Qızım 1992-cı il təvəllüdlü Quliyeva Ləman Rəhman qızı APU-nin ingilis dili fakültəsinin 3-cü kursunda təhsil alır.Evlidir.
Oğlum 1996-cı il təvəllüdlü Quliyev Böyükağa Rəhman oğlu BÖTL-in X sinif
şagirdidir.
Atam Quliyev Böyükağa Musa oğlu 1996-ci ildə vəfat etmişdir. Anam Quliyeva Səyyarə Lələş qızı 2005-ci ildə vəfat etmişdir. Tərcümeyi-halım qısa olaraq bundan ibarətdir.
Tarix: 01.12.2011