Qərbi Sidney Universiteti Tibb - Farmakologiya
Diplom
Stokholm Universiteti Neyrokimya və Molekulyar Neyrobiologiya
Diplom
İstanbul Texniki Universiteti Molekulyar Biologiya və Genetika
Diplom
National Research University Higher School of Economics
Rusiya/Moskva
AzPatent, ARSMPDK
Azərbaycan/Bakı
Xəzər Universiteti
Azərbaycan/Bakı
Naxçıvan Respublika Doğum Mərkəzi
Azərbaycan/Naxçıvan
Şəfa Klinikası
Azərbaycan/Bakı
Naxçıvan şəhərində orta təhsilimi tamamladıqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə Türkiyə Respublikasının İstanbul Texniki Universitetində Molekulyar Biologiya və Genetika ixtisası üzrə bakalavr təhsilini bitirmişəm. Sonra Azərbaycan Respublikasının Xaricdə Təhsil üzrə Dövlət Təqaüdü Proqramı çərçivəsində İsveçin Stokholm Universitetində Neyrokimya və Molekulyar Neyrobiologiya ixtisası üzrə magistratura təhsilini bitirmişəm. Magistratura diplom işini ABŞ-ın Kaliforniya Universiteti San Fransisko-da Gladstone Nevroloji Xəstəliklər İnstitutunda Alzheimer xəstəliyi üzrə tamamlamışam. Magistratura təhsilini tamamladıqdan sonra Azərbaycanda Naxçıvan şəhərində yerləşən Naxçıvan Doğum Mərkəzində Sitogenetik vəzifəsində işlədim. Sonra Bakı şəhərində yerləşən Şəfa Klinikasında Genetik Konsultant vəzifəsində iş fəaliyyətinə davam etdim. Daha sonra 2014-cü ildə Xəzər Universitetində müəllim və AzPatent ARSMPDK-də patent ekspertizası mütəxəssisi vəzifələrində işlədim. 2016-cı ildə Avstraliyanın Qərbi Sidney Universitetinin Tibb Fakultəsində Tibb-Farmakologiya ixtisası üzrə doktorantura təhsilinə başladım. Bu məqsədlə Qərbi Sidney Universitetində insanlarda kliniki olaraq diaqnozu qoyulan beynin xroniki neyroiltihab xəstəlikləri mövzusunda doktorantura dissertasiya işi üçün biotibbi tədqiqat proyektinə başladım. Doktorantura dissertasiya proyektimdə əldə etdiyim biotibbi və neyroelmi nəticələr beynəlxalq revyu keçirilən elmi jurnallarda dərc olunmuşdur. Doktorantura təhsilini tamamladıqdan sonra Moskva şəhəri, Rusiyada yerləşən Milli Elmi Tədqiqatlar Universitetində postdoktorantura elmi-tədqiqat işinə başladım. Bu postdoktorantura fəaliyyəti ərzində sosial neyrobiologiya sahəsində elmi-tədqiqat proyektini tamamladım. Bu proyektdə Rusiya cəmiyyətində moral mühakimə funksiyasının neyrokoqnitiv əsaslarını tədqiq etdim. Əldə olunan nəticələr əsasında yazdığım məqalə hal-hazırda Behavior Research Methods beynəlxalq elmi jurnalının revyu prosesindən keçməsi yekunlaşmaq üzrədir və 2025-ci ildə dərc olunması gözlənilir. Bu postdoktorantura fəaliyyəti ərzində işlədiyim Koqnitiv Neyroelmlər İnstitutunda digər elmi-tədqiqat proyektlərində də əməkdaşlıq etmişəm.